17 Sentyabr 2025 / 20:50

Putin və Modi arasında telefon danışığı baş tutub

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.

“Təzadlar” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı tərəflər Rusiya liderinin dekabr ayında Hindistana gözlənilən səfərinə hazırlığı müzakirə ediblər.

Putin Rusiya və Hindistan arasında strateji tərəfdaşlığın uğurlu inkişafından məmnunluğunu bildirib. Liderlər bir sıra beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bundan başqa, Putin Modini 75 illik yubileyi münasibətilə təbrik edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!