26 Avqust 2025 / 20:53

Putin və Tramp arasında dialoq dünyanı dəyişəcək – Dmitriyev

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında dialoq dünyanı dəyişəcək və qlobal təhlükəsizliyi təmin edəcək.

Tezadlar.az xəbər verir ki, bu fikri Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib.

“Prezidentlər Putin və Tramp arasında dialoq dünyanı dəyişəcək və qlobal təhlükəsizliyi və rifahı təmin edəcək”, – o, X sosial şəbəkəsində yazıb.

Avqustun 18-də Alyaskada Putinlə görüşdən sonra avqustun 15-də ABŞ prezidenti Vladimir Zelenskini, həmçinin Finlandiya və Fransa prezidentləri Aleksandr Stubb və Emmanuel Makronu, Böyük Britaniyanın baş naziri Key Starmeri, Almaniya kansleri Fridrix Merzi və İtaliyanın baş naziri Corcio Meloni qəbul edib. Bundan əlavə, görüşdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte də iştirak edib.

Görüş zamanı Tramp Putinə zəng edib, onunla, Amerika prezidentinin sözlərinə görə, digər məsələlərlə yanaşı, Rusiya lideri ilə Zelenski arasında görüşün perspektivlərini, daha sonra isə üçtərəfli danışıqları müzakirə edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya və ABŞ liderləri Moskva və Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə, o cümlədən onların səviyyəsinin yüksəldilməsi ideyasına dəstək ifadə ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!