21 İyul 2025 / 15:30

Putin və Tramp Çində görüşə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Çində görüşə bilər.

“Tezadlar.az” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlayıb.

O bildirib ki, mümkün görüş sentyabrın 3-ü Pekində Yaponiya üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə baş tuta bilər: “Biz Pekinə səfərə hazırlaşırıq. Bu, dövlət başçısının gündəmindədir. Amma eşitməmişik ki, Prezident Tramp da ora getməyi planlaşdırır. Əgər ABŞ prezidenti də orada olarsa, bu zaman görüşün keçirilməsininin məqsədəuyğunluğunu istisna etmək olmaz”.

Qeyd edək ki, Böyük Britaniyanın “The Times” qəzeti də Çində İkinci Dünya müharibəsinin başa çatması münasibətilə sentyabrda keçiriləcək bayram şənliyində üç qalib ölkə – Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkün olduğunu iddia edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!