20 Avqust 2025 / 13:53

Putin və Zelenski görüşəndə nə baş verəcəyini görmək istəyirəm – Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Vladimir Zelenski ilə görüşündə nə baş verəcəyini görmək istəyir.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “ABC News”-a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, onun həm Putinlə “çox uğurlu görüşü”, həm də Zelenski ilə oxşar görüşü olub.

“İndi isə düşündüm ki, onlar mənsiz görüşsəydilər, daha yaxşı olar, sadəcə olaraq, nə baş verdiyini görmək istəyirəm”, – Amerika lideri bildirib.

Tramp əlavə edib ki, lazım gələrsə, o, Putin və Zelenskiyə qoşulacaq ki, tərəflər razılığa gələ bilsin. Siyasətçinin sözlərinə görə, onların “çətin, çox pis münasibətləri” var.

“İndi biz bunun necə getdiyini görəcəyik və lazım gələrsə və yəqin ki, olacaq, o zaman gələcəm və bunu bitirə bilərəm”, – Tramp deyib.

Xatırladaq ki, Tramp avqustun 15-də Alyaskada Putinlə görüşüb, avqustun 18-də isə Zelenskini və bir sıra Avropa liderlərini Ağ Evdə qəbul edib. Bundan sonra o, Rusiya Federasiyası və Ukrayna başçıları arasında görüşə hazırlıq barədə məlumat verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!