24 Oktyabr 2025 / 08:12

Putin yeni sanksiyaları ABŞ- ın Rusiyaya müharibə elanı cəhdi adlandırıb…

Rusiya Prezidenti Vladimir Putin ABŞ- ın yeni sanksiyalarını, xüsusən də neft satışına qoyduğu qadağaları,  Rusiyaya müharibə elanı kimi və ciddi təzyiq cəhdi adlandırıb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, Putin Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Qurultayından sonra jurnalistlərə açıqlamasında belə deyib: “Yeni sanksiyalara gəlincə, ilk növbədə, burada yeni heç nə yoxdur. Bəli, onlar bizim üçün ciddidir və müəyyən nəticələr ola bilər, lakin bizim iqtisadi rifahımıza ciddi təsir göstərməyəcəklər. Sanksiyalar qeyri-dost hərəkətdir, o, Rusiya-Amerika münasibətlərini gücləndirmir, əksinə, ciddi problemlər yaradır”.

Bu arada, Hindistan və ardınca Çin də Rusiya neftini almaqdan imtina etmək barədə qərara gəlib. Ən maraqlısı, Ukrayna dronları da artıq Rusiyanın neft emalı zavodlarını hədəfə alıb. Bu biri tərəfdən isəş Rusiyanın xarici banklardakı aktivlərinə sanksiyalar tətbiq edilib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!