Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beynəlxalq Müharibənin Tədqiqi İnstitutu (İSW) əmindir ki, Qərbin Ukraynaya hərbi yardımı və Rusiyanın döyüş meydanında itkiləri Rusiya lideri Vladimir Putinin müharibə haqqında təsəvvürünü sarsıda və onu danışıqlar masasına əyləşə bilər.
Tezadlar.az ISW- yə istinadla bildirir ki, hesabatdan sözün əsl mənasında: “Rusiyaya iqtisadi təzyiqin hər hansı artımı – müsbət siyasi addım olsa da, Putini danışıqlar masasına oturmağa məcbur etmək və ya onun qələbə haqqında təsəvvürünü dəyişmək üçün kifayət etmir”.
İnstitut bildirir ki, Putinin Ukraynanı 3-4 günə işğal etmək barədə əvvəlki təsəvvürü artıq 3 ilin sərhədlərini keçsə də, o, bu istəyindən əl çəkmək istəmir. İndi onu bu təsəvvüründən əl çəkməyə inandırmaq, yaxud məcbur etmək lazımdır. Hansı ki, Putinin bu mənasız inadkarlığı ucbatından həm Ukraynada, həm də Rusiyada milyonlarla insan müharibənin əziyyətini çəkir, ölən və yaralananlar vardır.
Analitiklərin fikrincə, Qərbin Ukraynaya davamlı hərbi yardımı Rusiyaya təzyiq kampaniyasının davam etdirilməsi üçün əsas olaraq qalır və bu, Putini öz fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Sitat: “Putinin qələbə nəzəriyyəsi Rusiya ordusunun döyüş meydanında artan irəliləyişləri Ukrayna qüvvələrinin özünü müdafiə edə bildiyindən və Qərbin Ukraynanı dəstəkləməyə hazır olduğundan daha uzun müddət davam etdirə biləcəyi fərziyyəsinə əsaslanır.”
Ekspertlər hesab edirlər ki, Putinin strategiyası, çox güman ona əsaslanır ki, o, sadəcə, sülh danışıqlarında ABŞ və Ukrayna ilə əsaslı şəkildə məşğul olmaq istəmir, inadkarlıqla qələbə çalmaq, qalib olmaq istəyir. Bu isə reallıqdan çox uzaqdır. Ötən illərin müharibə təcrübəsi, acı da olsa, bunu təsdiqləməkdədir. Sitat: “Putin gözəl başa düşür ki, Ukraynaya qalib gəlmək Avropa İttifaqına üzv ölkələri işğal etməyə bərabərdir, bu isə elə də sadə məsələ deyil…”.
Sitatın sonu… Müharibənin isə bu minvalla sonu görünmür… Artıq Rusiyalılar da Putinin bu yersiz və mənasız inadkarlığından bezib. Belə vəziyyətdə isə tarix göstərir ki, ümid hakimiyyət dəyişikliyinə qalır…
A.Məmmədli