17 Avqust 2025 / 08:02

Putinin Trampın maşınına minməsinin səbəbi məlum oldu

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Ankoric hava limanından hamı üçün gözlənilmədən eyni avtomobillə ayrılıblar. Danışıqların təşkili ilə tanış olan mənbə bildirib ki, bu ssenari əvvəlcədən planlaşdırılmayıb.

“Prezidentlərin Ankoric sammiti zamanı hava limanından eyni avtomobillə getməsi planlaşdırılmayıb, bu, ekspromt olub”, – Tezadlar.az bildirir ki, mənbə “RİA Novosti”-yə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, görüşün ilkin protokolunda hər iki liderin ayrı-ayrı avtomobillərdən istifadə etməsi nəzərdə tutulurdu – Putin “Aurus” limuzini ilə, Tramp isə “Cadillac” ilə yola düşməlidir. Lakin mənbənin qeyd etdiyi kimi, protokol qəfil dəyişib.

Bundan əvvəl Rusiya və ABŞ başçıları Alyaskada ştatın ən böyük şəhərində – Ankoricdə görüşüblər.

Hər iki lider danışıqlara demək olar ki, eyni vaxtda gəliblər – onların təyyarələri bir neçə dəqiqəlik fərqlə yerə enib. Putin və Tramp planlaşdırıldığı kimi müxtəlif tərəfdən deyil, bir-biri ilə salamlaşaraq birgə şəkil çəkdirmək üçün postamentə qalxıblar.

Daha sonra Tramp Putini zirehli maşınına dəvət edib. Ekspertlər bunu Rusiyanın dünya səhnəsində təcrid olunmasını şübhə altına alan qeyri-adi diplomatik jest adlandırıb, Ukrayna isə buna heyran qalıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!