23 Oktyabr 2025 / 12:28

“Putinlə görüşümü ləğv etdim” – Tramp Ukrayna müharibəsi ilə bağlı yeni açıqlamalar verdi

Tramp “Tomaqavk” raketlərinin tədarükünə də münasibət bildirib

ABŞ prezidenti Donald Tramp Rusiyanın başçısı Vladimir Putinlə daha əvvəl elan edilmiş görüşü ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Amerika lideri bu barədə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib. Tramp həmçinin qeyd edib ki, gələcəkdə Putinlə hələ də görüşə bilər.

O, həmçinin qeyd edib ki, Putinlə danışıqları yaxşı gedir. Bununla belə, heç bir yerə aparmırlar.

“Ümid edirəm ki, Putin ağlabatan olur və ümid edirəm ki, Zelenski də ağlabatan olur. Tanqo üçün iki lazımdır. Onlar bir-birlərinə nifrət edirlər”, – o əlavə edib ki, bu, işləri çətinləşdirir.

Bundan başqa, Amerika lideri qeyd edib ki, o, Putinin Ukraynanın bir hissəsini deyil, bütün ərazisini ələ keçirmək istədiyini “həmişə hiss edib”: “Düşünürəm ki, o, indi danışıqlara hazırdır. Biz onun hər şeyi əldə etməsini istəmirik”.

Tramp Ukrayna üçün silah haqqında

Amerika lideri Ukraynaya “Tomaqavk” raketlərinin verilməsinə də münasibət bildirib:

““Tomaqavk”-dan necə istifadə etməyi öyrənmək üçün ən azı altı ay vaxt lazımdır. Yeganə yol onları işə salmaqdır və biz bunu etməyəcəyik” – o deyib.

Bundan əlavə, Trump “Wall Street Journal”-ın ABŞ-ın Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək qadağasını ləğv etdiyinə dair xəbərini şərh edib: “Ukrayna bizim raketlərimizdən istifadə etmir, Avropa raketlərindən istifadə edir. Mən buna nəzarət etmirəm. Mən raketlərimizə nəzarət edirəm, onlar isə bizim raketlərimizdən istifadə etmirlər”.

Bundan başqa, Tramp bəyan edib ki, ABŞ Ukraynaya silah satmır. Onları NATO ölkələrinə satırlar və onlarla nə edəcəyinə özləri qərar verirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!