15 Sentyabr 2025 / 14:42

Putinlə Zelenskinin bir-birinə nifrətindən danışan Tramp Rusiyanı işğalçı adlandırdı!

Səbri tükənən ABŞ Prezidenti Donald Tramp, nəhayət, Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı, bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Nəşr bildirir ki, jurnalistlərlə danışan Tramp Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib: “Bu həftə hər iki ölkədən 8 000 əsgər həlak olub. Rusiyadan bir qədər çox, amma sən təcavüzkarsansa, daha çox itki verirsən.”

Qedy olunur ki, Tramp daha əvvəl Rusiyanın işğalını qınamaqdan imtina etmişdi. Onun administrasiyası fevral ayında BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməsinə qarşı çıxaraq Rusiya və Şimali Koreya ilə eyni mövqedə dayanmışdı. Həmçinin, ABŞ G7-nin Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi.

Bu arada Tramp Putinlə Zelenski arasındakı bir-birinı nifrət hissindən də danışıb. Sitat: “…Трамп в очередной раз похвастался, что ему удалось остановить семь войн, но в то же время признал, что завершить войну России против Украины оказалось значительно сложнее, чем он ожидал. “Я думал, что эта будет для меня легко. Но это оказалось трудно”, – сказал американский лидер. Ключевым препятствием на пути к миру он назвал глубокую личную неприязнь между лидерами двух стран. “Ненависть между Зеленским и Путиным – непостижима”, – заявил Трамп”.

Müharibə isə davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!