Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2024 / 11:44

QƏZZADA ÖLƏNLƏRİN SAYI 39 MİNİ KEÇİB

2023-cü ilin oktyabrında hərbi əməliyyatlara başlayandan bəri İsrail ordusu Qəzza zolağında 39 mindən çox fələstinlini öldürüb.

Tezadlar.az bildirir ki, bu məlumatı Qəzza Səhiyyə Nazirliyi verib.

“İsrail təcavüzünün qurbanlarının sayı bu gün 39 006 nəfərə çatıb”, – deyə departamentin açıqlamasında bildirilir.

Məlumata görə, eyni dövrdə Qəzzada 89 818 fələstinli yaralanıb.

Yalnız son 24 saat ərzində Səhiyyə Nazirliyi qeyd edir ki, İsrail qüvvələrinin Qəzza bölgələrini atəşə tutması və bombalaması nəticəsində 23 ərəb həlak olub, 93 nəfər yaralanıb.

Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu günə qədər davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!