23 Noyabr 2023 / 11:15

QƏZZAYA HUMANİTAR YARDIM APARAN FHN-NİN DAHA BİR XÜSUSİ TƏYYARƏSİ MİSIRƏ ÇATIB

Rusiya Fövqəladə Hallar Nazirliyi Qəzza zolağının əhalisinə növbəti humanitar yardım göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin Qəzza zolağının sakinləri üçün 28 ton humanitar yardım daşıyan xüsusi reysi Misirin Əl-Ariş şəhərinin hava limanına enib”, – departamentdən bildirilib. Cəmi 11 reysdə 273 ton humanitar yardım artıq çatdırılıb.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə hökumət üzvləri arasında keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov bildirib ki, Rusiya Qəzza sakinlərinə 245 tondan çox humanitar yardım göndərib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!