Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın bütün yaş qruplarından olan qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Cüdo Federasiyasından bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi iki gün davam edib.
Tezadlar.az xəbər verir ki, toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçular hazırlığın növbəti mərhələsini Bakıda, gənc və yeniyetmə qızlar isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.
RÖVŞANƏ