Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Liverpul”la qarşılaşmada zədələnən və martın 24-də qolundan əməliyyat olunan “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimendən xəbər var.
Tezadlar.az xəbər verir ki, həkimlər 26 yaşlı futbolçunun səhhətinin yaxşı olduğunu açıqlayıb. Qaradərili ulduzun gələn həftə rəqib meydanda “Gənclərbirliyi” ilə keçiriləcək matçda meydanda olacağı bildirilir.
Türkiyə mediasının yazdığına görə, Osimen sürətlə yaxşılaşsa da, baş məşqçi Okan Buruk ona şans verməyə tələsmir. Buruk “öldürücü silahını” aprelin 26-da “Fənərbaxça” ilə keçiriləcək oyunda isə salmaq istəyir.
Qeyd edək ki, Viktor Osimen bu mövsüm “Qalatasaray” forması ilə 29 oyuna çıxıb. O, rəqib qapılardan 19 top keçirib və 10 qolun ötürməsini verib.