Bakının Xəzər rayonunda 41 yaşlı kişi öldürülüb
Bu barədə Tezadlar.az -a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Teymurovlar qardaş imiş və qonşuların sosial şəbəkələrdəki məlumatına görə, münaqişə şərikli torpaq sahəsinin bölünməsi üstündə baş verib.






