5 Avqust 2025 / 15:49

Qaqauziyanın Rusiyapərəst rəhbəri Yevgeniya Qutsula 7 il azadlıqdan məhrumetmə cəzası!

Nəhayət, ötən gün Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Tezadlar.az xəbər verir ki, məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onun 7 il müddətinə azadlıqdan məhrum edib. Moldovanın “Şor” müxalifət partiyasının sabiq katibi Svetlana Popan isə 6 il azadlıqdan məhrum edilib. Hazırda Qutsulun vəkilləri apelyasiya şikayəti hazırlamağa başlayıblar.

Rusiya prezidentinin köməkçisi Peskov da bu məhkəmə hökmünə etirazlı açıqlama verib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!