7 Oktyabr 2025 / 13:48

Qara dəniz üzərində Ukraynaya məxsus 9 PUA vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri Moskva vaxtı ilə saat 8:00-11:00 arasında Qara dəniz üzərində Ukraynaya məxsus 9 PUA-nı vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 8:00-dan 11:00-a qədər hava hücumundan müdafiə sistemləri Qara dəniz üzərində Ukraynaya məxsus 9 sabit qanadlı pilotsuz uçuş aparatını məhv edib”, – nazirlik bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!