Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hər iki komanda qalib gəlməyə layiqdir.
Tezadlar.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. Döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalıyıq. Azarkeşlər üçün maraqlı matç olacağına inanıram”.
Qeyd edək ki, qarşılaşma avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib.