16 May 2024 / 15:02

QARABAĞ UNİVERSİTETİNİN BU ŞÖBƏSİNƏ VAKANSİYA ELAN OLUNUB

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.

Elm və Təhsil Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumatda bildirilir ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər.

Nazirlik namizədlərin diqqətinə çatdırır ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!