Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Tezadlar.az xəbəbər verir ki, püşkatmanın nəticəsinə görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın potensial rəqibi bəlli olub.
Belə ki, Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubunu mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
Üçüncü təsnifat mərhələsinin oyunları 5-6 avqust və 12-13 avqust tarixlərində baş tutacaq.