6 Avqust 2025 / 23:46

“Qarabağ”ın Taleyinə Təsir Edəcək Matçda Qalib Müəyyənləşmədi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları üz-üzə gəliblər.

Tezadlar.az xəbər verir ki, Razqrad şəhərində keçirilən ilk oyunda hesab açılmayıb.

Qeyd edək ki, “Qarabağ” Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırarsa bu cütün qalibi ilə üz-üzə gələcək. Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə isə yoluna Avropa Liqasında davam edəcək və sözügedən cütün məğlubu ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!