Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün səhhətində problem yaranan Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb. Mərkəzi Klinikanın Mətbuat xidmətindən tezadlar.az- a daxil olan məlumata görə, Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib “Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 23.07.2025-ci il tarixində Qaxda istirahətdə olarkən, saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında isə təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Allah şəfasını əskik etməsin!