Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
“Tezadlar” xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, diametri 159 mm-lik “Şəhər daşıyıcı” orta təzyiqli qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 26.08.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Ümumilikdə şəhərin F.Xoyski, Ç.Mustafayev, Şəhriyar, Ə.Kürçaylı, Ü.Hacıbəyov, Heyranxanım, Bül-bül, Əzizbəyov, N.Tusi, Rəsul Rza, M.Maqomayev, Xaqani, Natəvan, Əcəmi, F.Cavadov, Ş.Qurbanov, Nəsimi küçələrində, həmçinin 20 Yanvar küçəsində yerləşən 16, 17, 17 A bina, T.İsmayılov küçəsində yerləşən 1, 5, 17, 19 binalarında yaşayan 2801 abonentin qaz təchizatı dayandırılacaq.