25 İyul 2025 / 14:53

Qazaxıstanda göyərtəsində üç ekipaj üzvü olan hərbi helikopter yoxa çıxıb

Qazaxıstanın Almatı vilayətində EC-145 helikopteri radarlardan itib. İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“2025-ci il iyulun 25-də Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopteri Almatı vilayətində planlaşdırılmış uçuş zamanı radarlardan itib”, – idarənin məlumatında deyilir.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qazaxıstanın müdafiə nazirinin tapşırığı ilə hadisənin bütün hallarını aydınlaşdırmaq üçün xüsusi komissiya hadisə yerinə gedib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!