16 Fevral 2024 / 12:01

QAZAXISTANDA RUS BİZNESMEN AXTARIŞA VERİLİB

Qazaxıstanda hüquq-mühafizə orqanları qətli təşkil etməkdə şübhəli bilinən rusiyalı biznesmen Mixail Sutyaginskini axtarışa verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Almatı Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarə cinayətin 2002-ci ilin martında törədildiyini bildirib. Sutyaginski “Muzdluluq zəminində adam öldürmə” maddəsi ilə başlanmış cinayət işində təqsirləndirilən şəxsdir.

“Yanvarın 30-da cinayətin törədilməsində iştirak edən şübhəli şəxs qismində tanınıb”, – idarədən bildirilib və əlavə edilib ki, məhkəmə Sutyaginskini qiyabi həbs edib.

​​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!