Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2025 / 19:48

Qazaxıstanlıların pulunu oğurlayan internet fırıldaqçıları Ermənistanda ələ keçdilər – VİDEO

Ermənistan, Gürcüstan, İran, Suriya və Livan vətəndaşlarından ibarət olan cinayətkar dəstənin 41 üzvü saxlanılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə idarəsi və Ermənistan İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə istintaq Baş İdarəsinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində İrəvanda iki fırıldaqçı zəng mərkəzinin fəaliyyəti dayandırılıb.

TEZADLAR.AZ xəbər verir ki,  bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Zərərçəkənlərə guya iri investisiya şirkətlərinə pul yatırmağı təklif edən Qazaxıstan və Avropa ölkələri vətəndaşlarına qarşı internet fırıldaqçılığı ilə məşğul olan transmilli cinayətkar qrupun təşkilatçıları və üzvləri müəyyən edilərək saxlanılıb.  Axtarışlar zamanı 70-dən çox kompüter avadanlığı, bir kiloqrama yaxın qızıl, 5 avtomobil, 30 min ABŞ dolları, Rusiya rublu, gürcü larisi və kriptovalyuta olan soyuq pul kisəsi götürülüb”, – deyə DİN-nin kibercinayətkarlıqla mübarizə idarəsinin rəisi Jandos Suyınbay bildirib.

Xüsusi əməliyyat zamanı cinayətkar qrupun Ermənistan, Gürcüstan, İran, Suriya və Livan vətəndaşlarından olan 41 üzvü saxlanılıb.

Hazırda Ermənistan tərəfi Qazaxıstan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin köməyi ilə bütün halların, əlavə epizodların, qanunsuz fəaliyyətin şəriklərinin, habelə Qazaxıstan vətəndaşlarına dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirir.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!