Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “The Globe and Mail” qəzetində dərc olunan məlumata görə, ABŞ-dan potensial təcavüz halında Kanada təhlükəsizliyinin təmin edilməsində kömək üçün Fransa və Böyük Britaniyaya müraciət etmək ehtimalını istisna etmir.
Kanada və ABŞ arasında Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı çərçivəsində əməkdaşlığın dayandırılması mümkün Amerika müdaxiləsinin xəbərçisi kimi şərh edilə bilər.
Əvvəllər Ottavanın ABŞ-ın hipotetik hücum ssenarisini təsvir edən analitik model hazırladığı bildirilirdi. Bu modelə görə, cənubdan işğal halında Amerika silahlı qüvvələri 48 saat ərzində həm quruda, həm də dənizdə əsas strateji Kanada aktivlərinə nəzarəti ələ keçirə bilər. Bu baxımdan, Kanada hərbi rəhbərliyi əks tədbir kimi partizan müharibəsi taktikalarından istifadə etmək imkanını nəzərdən keçirir.
E.ŞİRİNOV