21 Avqust 2025 / 12:15

Qərb Putinin Zelenski ilə görüşünə münasibət öyrənib

Rusiya prezidenti Vladimir Putin çətin ki, Kiyevin başçısı Vladimir Zelenski ilə görüşə razılaşsın.

Tezadlar.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) mənbələrə istinadən yazır.

Yüksək rütbəli rus diplomatlarına yaxın rus aliminin fikrincə, Putin çətin qarşıdakı görüşə razılaşsın, çünki bu, Moskva tərəfindən Ukrayna hakimiyyətinin müəyyən qədər legitimləşdirilməsini təmin edəcək və bu, problemlər yaradacaq, – nəşrin müəllifləri təfərrüatları bölüşüblər.

Nəşrin yazdığına görə, Rusiya tərəfinin mövqeyi ondan ibarətdir ki, görüş yalnız sövdələşmənin şərtləri işləndikdən sonra baş tuta bilər. Rusiya Federasiyası üçün bütün bunlar Ukraynanın kapitulyasiyası deməkdir.

Bundan əvvəl Avropadakı siyasətçilərin ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının həyata keçiriləcəyinə inanmadığı bildirilirdi. Məsələ burasında idi ki, onlar Ağ Evin sahibini tələyə salmaq istəyirmiş kimi, bunu ictimai şəkildə dəstəkləməkdə davam edirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!