Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə danışıqlarda dərhal atəşkəs əldə etməli idi.
Tezadlar.az xəbər verir ki, bu sözləri “Politico” jurnalına müsahibəsində ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Amerika Xarici Əlaqələr Şurasının (CFR) fəxri prezidenti Riçard Haas deyib.
“Mən hesab edirəm ki, atəşkəsi istisna etmək və birbaşa yekun statusa keçmək böyük taktiki səhvdir, çünki bu, çox güman ki, müharibəni uzadacaq”, – amerikalı diplomat bildirib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Haas Trampın Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək bacarığı ilə bağlı sözlərini lovğalıq adlandırmışdı.
E.ŞİRİNOV