Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qərb ölkələrinin nümayəndələri Rusiyaya qarşı “ikinci cəbhə” açacaqları təqdirdə Gürcüstan hakimiyyətini silahla təmin etməyi təklif ediblər.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.
“Gürcüstan baş nazirinin kabinetində birbaşa təhdidlər, şantaj və təhqirlər olub ki, ölkədə “ikinci cəbhə” açılsın. Onlar hamıya kömək edəcəklərini, müvafiq hərbi texnika ilə təmin ediləcəyini və s”, – deyə Kaladze bildirib.
Onun sözlərinə görə, lazım gələrsə, sübuta ehtiyac olarsa, hakimiyyət danışıqların təfərrüatlarını açıqlamağa hazırdır. “Lakin ölkənin maraqlarından çıxış edərək, hər şeyi olduğu kimi buraxmaq daha yaxşıdır”, – deyə o, yekunlaşdırıb.
2022-ci il fevralın 25-də Gürcüstanın o zamankı baş naziri İrakli Qaribaşvili milli maraqları əsas gətirərək, Ukrayna ətrafında baş verən hadisələrə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edib. Ötən il martın əvvəlində Vladimir Zelenski Gürcüstan hakimiyyətinin sanksiyalarla bağlı mövqeyinə görə Ukrayna səfirini Tbilisidən geri çağırıb. Gürcüstan hökumətinin qərarı müxalifət tərəfindən də tənqid edilib və respublika hakimiyyətini Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham edib. Bundan əlavə, hakim partiyanın rəhbərliyi tez-tez Ukrayna hakimiyyətini və bəzi Avropa siyasətçilərini Gürcüstan ərazisində ikinci cəbhə açmağa cəhddə ittiham edirdi. Onların fikrincə, müəyyən qüvvələr Rusiyanı orada paralel hərbi əməliyyatlar aparmağa təhrik etmək niyyətindədir.
E.ŞİRİNOV