Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı verdiyi vədi yerinə yetirmək üçün “Tomaqavk” qanadlı raketlərini Kiyevə ötürməkdən çəkinməlidir.
Tezadlar.az xəbər verir ki, bu barədə sosial media platformasında Finlandiyalı siyasətçi, milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema bildirib.
“Mən prezident Trampı bu uzaqmənzilli raketləri verməklə vəziyyəti gərginləşdirməyə deyil, sözünün üstündə durmağa çağırıram, çünki o, bu müharibəyə son qoymağa çalışacaqdı. Biz müharibənin Baltikyanı ölkələrə, sonra isə Avropaya yayılmasını istəmirik”, – o yazıb.
Daha əvvəl Tramp bəyan etmişdi ki, “Tomaqavk”ların Ukraynaya tədarükü ilə bağlı qərar praktiki olaraq qəbul edilib. Lakin o, hansı qərarı nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Öz növbəsində, Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib ki, Rusiya “Tomaqavk”sın Kiyevə mümkün transferinə lazımi cavab verəcək. Onun sözlərinə görə, bu, ölkələr arasında münasibətlərdə yeni gərginlik mərhələsinə çevriləcək.
E.ŞİRİNOV