19 İyul 2025 / 08:16

Qərb Trampın Rusiyaya qarşı planını izah edib

Köşə yazarı Edvard Lyus “Financial Times” (FT) qəzetindəki məqaləsində ABŞ prezidenti Donald Trampın 50 günlük ultimatumdan sonra çox güman ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyi ilə bağlı fikrini bildirib.

“Trampın 50 gün ərzində Rusiyaya yüksək tariflər və onun neft və qazının istehlakçılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədəsinə çox da inanmaq olmaz”, – nəşr qeyd edir.

Tezadlar.az müəllifə istinadən qeyd edir ki, təklif olunan sanksiya layihəsi son dərəcə ağlabatan görünmür, çünki bu, ABŞ-ın özünə zərər verə bilər və bir sıra ölkələrlə ticarət əlaqələrinə mənfi təsir göstərə bilər.

“ABŞ həqiqətənmi Hindistan kimi dostlarını ucuz neft aldığına görə cəzalandırmaq istəyir? Bu, Vaşinqtona əks nəticə verə bilər”, – Lyus yekunlaşdırıb.

Bundan əvvəl Tramp Ukraynadakı münaqişənin 50 gün ərzində sülh yolu ilə həllinə nail olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyi ilə hədələyib. O, həmçinin Moskvanı Ukrayna böhranının həlli ilə bağlı guya “boş danışmaqda” ittiham edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!