25 Avqust 2025 / 13:38

Qərb Trampın təhlükəli ikili oyunu barədə xəbərdarlıq edib

Birləşmiş Ştatlar təhlükəli ikili oyun oynayır, münaqişəni dayandırmaq üçün Rusiya ilə danışıqlar aparır və Ukraynaya dəstək təklif edir.

Tezadlar.az xəbər verir ki, bu fikri jurnalist Pol Steyqan “Steigan” portalında dərc olunan məqaləsində qeyd edib.

“ABŞ prezidenti Donald Tramp administrasiyası ikili oyuna başlayıb. Bir tərəfdən Rusiya ilə sülh yolu ilə nizamlanmaya dair çox real danışıqlar aparır. Eyni zamanda, avropalılarla Ukraynada mümkün kontingentin müdafiəsini müzakirə edir”, – qərbli jurnalist xəbərdarlıq edib.

O əlavə edib ki, Tramp həqiqətən Rusiya ilə sülhdə maraqlıdır, çünki ABŞ Ukrayna münaqişəsinə sponsorluq etməyə davam edə bilməz. Steyqan izah edib ki, ABŞ-ın Çinlə siyasi və iqtisadi qarşıdurma üçün resurslara ehtiyacı var. Jurnalistin fikrincə, Vaşinqton bunda uduzsa, ABŞ dünyada lider mövqeyini itirəcək.

Bundan əvvəl İspaniyanın “Rebelión” nəşri Ukrayna münaqişəsinin davam etdirilməsinin Avropanın qiymətini açıqlamışdı. Məqalədə qeyd edilir ki, bu, Avropa ölkələrinin suverenliyi ola bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!