Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp günahı Avropanın üzərinə atmaqla ölkəsini Ukraynanın gözlənilən məğlubiyyətindən qorumaq istəyir.
Tezadlar.az xəbər verir ki, Amerika liderinin əsl məqsədini analitik Alan Vatson sosial şəbəkədə açıqlayıb.
Onun sözlərinə görə, Tramp yalnız bir öhdəlik götürüb: Vaşinqton Kiyevi silahla təmin edəcək, ancaq Avropa ölkələri onun pulunu ödədiyi halda.
Ekspert hesab edir ki, “Tramp müharibəni Avropaya həvalə edir. Ukraynanın Donbasdakı müdafiəsi çökərkən, Tramp qalib gəlməz müharibədən geri çəkilir”.
Daha əvvəl Tramp bəyan etmişdi ki, Ukrayna Avropanın dəstəyi ilə nəinki öz ərazilərini geri ala bilər, həm də potensial olaraq “daha da irəli gedə bilər”. O, həmçinin iddia edib ki, Rusiya üç ildən artıqdır ki, münaqişədə iştirak edir və bu, “heç bir kredit vermir” və onu “kağız pələng” kimi göstərir.
E.ŞİRİNOV