Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bill Qeyts Ceffri Epşteynlə ünsiyyətini “böyük axmaqlıq” adlandırıb
Microsoft-un qurucusu Bill Qeyts amerikalı maliyyəçi və pedofil Ceffri Epşteynin adasına qadınlarla görüşmək üçün getməsi ilə bağlı xəbərləri təkzib edib.
Tezadlar.az bildirir ki, Qeyts bu açıqlamanı 9News televiziya kanalına verdiyi müsahibədə verib.
Qeyts 2011-ci ildən 2014-cü ilə qədər Epşteynlə görüşdüyünü etiraf etsə də, onların ünsiyyətini “böyük axmaqlıq” adlandırıb.
“Onunla keçirdiyim hər dəqiqə üçün peşmanam və bunu etdiyim üçün üzr istəyirəm. Vaxtımı ona sərf etmək axmaqlıq idi”, – Qeyts deyib.
Microsoft-un qurucusunun sözlərinə görə, o, heç vaxt maliyyəçidən qadınlarla görüşlər təşkil etmək üçün istifadə etməyib və Epşteynin materiallarında olan bütün elektron poçtları yalandır.
Müsahibədə Qeyts həmçinin xeyriyyəçilik işlərini, süni intellektin səhiyyədə inqilabi rolunu vurğulayıb və Avstraliyanın 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya qadağa qoymasını dəstəkləyib.
30 yanvarda ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı milyonlarla səhifə daha sənəd, video və fotoşəkil yayımlayıb. Bill və Melinda Qeyts Fondundan istefa məktubu olduğu iddia edilən mətnlərdən birində müəllifin “rus qadınları” ilə əlaqə qurduqdan sonra dərmanların alınmasına kömək etmək də daxil olmaqla, “mənəvi cəhətdən şübhəli tapşırıqlar” yerinə yetirdiyi iddia edilib.
31 yanvarda Microsoft-un qurucusunun sözçüsü Geytsin “rus qadınları” ilə görüşdükdən sonra cinsi yolla keçən xəstəliyə yoluxduğu barədə məlumatları təkzib edib.
E.ŞİRİNOV