Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts deyib ki, Rusiya prezidenti Vladimir Putini “anlamaq o qədər də çətin deyil” və Ukrayna münaqişəsində heç vaxt tərəddüd etməmiş və hədəflərini dəyişməmişdir.
Tezadlar.az xəbər verir ki, Qeyts bu fikri “Bloomberg”-ə müsahibəsində bildirib.
Qeytsin sözlərinə görə, Rusiya liderinin məqsədləri səslənib və dəyişməyib.
“O, Ukraynanın tərksilah edilməsini istəyir. O, Kiyevdə rusiyayönlü hökumətin olmasını istəyir. Ukraynanın NATO və Aİ-yə üzvlüyünə qadağa qoyulmasını istəyir. Bu qədər. Və o, əvvəldən heç vaxt tərəddüd etmədi və istənilən qiyməti ödəməyə hazırdır”, – Pentaqonun keçmiş rəhbəri qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarının başlanması üçün şərtlərin siyahısını irəli sürərək, Ukraynaya və Qərbə daha bir təklif irəli sürdüyünü vurğulamışdı. Dövlət başçısının sözlərinə görə, söhbət münaqişənin dondurulmasından yox, Ukrayna qoşunlarının DXR, LXR, Xerson və Zaporojye vilayətlərindən çıxarılması, Ukraynanın NATO-ya daxil olmaq planlarından əl çəkməsi və ölkənin qeyri-nüvə statusuna malik olması halında onun tamamilə dayandırılmasından gedir. Kiyev bununla razılaşarsa, Rusiya tərəfi dərhal atəşkəs əmri verəcək və danışıqlara başlayacaq. Lakin həm Kiyev, həm də Qərb paytaxtları bu təklifi rədd ediblər.
E.ŞİRİNOV