2 Avqust 2025 / 19:43

Qəzzada 150-dən çox insan aclıqdan ölüb

Qəzzada aclıq qurbanlarının sayı 169 nəfərə çatıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

O cümlədən, 93 uşaq Qəzzanın blokadasından sağ çıxa bilməyib, Səhiyyə Nazirliyi qeyd edib.

Təkcə son 24 saatda 7 nəfərin aclıqdan öldüyü bildirilir.

Bundan əvvəl ABŞ Fələstin dövlətinin yaradılmasının şərtini açıqlamışdı. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu, İsrailin razılığı olmadan mümkün deyil. Bununla yanaşı, o qeyd edib ki, Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması praktikası əks-məhsuldardır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!