12 Avqust 2025 / 22:50

Qəzzada aclıq: 27 ölkədən təcili çağırış

Böyük Britaniya, Kanada və Aİ də daxil olmaqla 27 tərəfdaş ölkə Qəzzadakı vəziyyətlə bağlı birgə bəyanat yayıb.

Tezadlar.az” xəbər verir ki, bəyanatda xüsusən anklavdakı humanitar böhran ön plana çəkilib.

“Qəzzada humanitar əzab pik həddə çatıb. Qıtlıq gözümüzün önündə baş verir. Aclığı dayandırmaq üçün təcili tədbirlər görülməlidir”, -deyə vurğulanır.

Bəyanatda o da vurğulanıb ki, humanitar yardımların çatdırılmasına imkan yaradılmalı və yardım heç vaxt siyasiləşdirilməməlidir.

Qeyd edilib ki, bütün beynəlxalq QHT-lər tərəfindən yardım çatdırılmasına icazə verilməli, bu humanitar tədbirə olan maneələr aradan qaldırılmalıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!