Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 13:02

Qırğızıstan Litvanın təhsil islahatları təcrübəsindən yararlanacaq – Aİ-nin maliyyəsi ilə

 Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş – Qırğızıstanın təhsil sistemində uzunmüddətli dəyişikliklərə yönəlmiş yeni təşəbbüs Bişkekdə rəsmi olaraq işə başlayıb.

TEZADLAR.AZ  xəbər verir ki,  24.kg-nin ölkənini Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı  məlumata görə, “Məktəblərdə inklüziv və STEAM təhsilinin təşviqi” Tvinninq layihəsi bütün şagirdlər üçün daha ədalətli, inklüziv və gələcəyə hazır məktəb mühitinin inkişafına dəstək verəcək.

İkiillik layihə üç əsas məqsədə yönəlmişdir: xüsusi ehtiyacı olan uşaqlar üçün inklüziv təhsilin təşviqi, elmə və innovasiyaya əsaslanan öyrənmənin (STEAM) gücləndirilməsi və məktəb investisiyalarını daha ədalətli və effektiv etmək üçün təhsilin maliyyələşdirilməsi siyasətini təkmilləşdirmək.

Layihə təhsil islahatları üzrə təcrübəsi dəyərli ideyalar verən Litva Respublikası ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

Növbəti iki il ərzində litvalı ekspertlər Qırğızıstanlı həmkarlarına təhsil siyasətlərinə yenidən baxılmasında, seçilmiş məktəblərdə yeni vasitələrin sınaqdan keçirilməsində, inklüziv və bacarıqlara əsaslanan tədrisdə müəllimlərin hazırlanmasında dəstək verəcəklər.

“Bu, sadəcə simvolik tərəfdaşlıq deyil, real nou-haunun transferidir. Ölkəmizdə islahatları formalaşdıran və həyata keçirən təhsil sahəsi üzrə onlarla litvalı aparıcı mütəxəssis  birbaşa qırğız həmkarları ilə işləyəcəklər. Biz birlikdə Qırğızıstanın təhsil sistemini daxildən gücləndirə biləcək vasitələri, siyasətləri və yanaşmaları paylaşacağıq”, – deyə Litva Respublikasının təhsil, elm və idman nazirinin müavini Yonas Petkeviçius bildirib.

Qeyd olunur ki, Avropa İttifaqı uzun müddətdir ki, Qırğız Respublikasının təhsilin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması üzrə səylərini dəstəkləyir.

Layihənin növbəti mərhələsinə müəllim potensialının artırılması, yeni maliyyələşdirmə modellərinin hazırlanması və seçilmiş məktəblərdə innovasiyaların sınaqdan keçirilməsi daxildir.

Təşəbbüs Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən də keyfiyyətli təhsil və gender bərabərliyi ilə bağlı olanların əldə edilməsinə töhfə verir və Aİ-nin regionda təhsil islahatlarına daha geniş dəstəyinin bir hissəsidir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!