Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

‘Qiyamət Radiosu’ İrana zərbəsi öncəsi işarələr dəstini yayımlayıb…
***
İsrailin İrana zərbə endirməsi ərəfəsində “Qiyamət radiosu” kimi tanınan sirli UVB-76 radiostansiyasının tezliyində yeni mesaj qeydə alınıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “UVB-76 logi” Telegram kanalı məlumat yayıb.
Qeyd edilir ki, cümə axşamı, iyunun 12-də, Moskva vaxtı ilə saat 15:14-də hərflər və rəqəmlər dəsti ilə bir proqram yayımlanıb: “NJTİ 22345 TKAÇOSAP 8394 7873.”
Mesajın mənası naməlum olaraq qalır.
Rusiya KİV-nin məlumatına görə, “Qiyamət Radiosu” sonuncu dəfə İstanbul danışıqlarından sonra “ibobaza” sözünü yayımlamışdı. İkinci mesaj isə Moskva vaxtı ilə saat 17:32-də – “arapoblits” elan edilib…
JASMİN