8 Dekabr 2025 / 07:44

Qız evində toydur, oğlan evinin xəbəri yoxdur- TRAMPDAN YENİ XƏBƏR VAR

Ötən axşam Tramp iddia edib ki, Rusiya onun sülh planı ilə “razılaşıb”, amma maraqlıdır ki, Zelenski hələ də bu planı oxumayıb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp iddia etdi ki, Rusiyanı guya “sülh planı” ilə razı salıb, lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin isə bundan xəbəri yoxdur. Belə ki, Tramp 7 dekabr axşamı Vaşinqtonda Con Kennedi adına İfa Sənətləri Mərkəzində keçirilən tədbir zamanı mətbuata açıqlama verərkən belə deyib. Belə ki, müxbirlərdən birinin “Ukrayna-Rusiya sülh danışıqlarında növbəti addımın nə olacağı barədə deyə bilərdinizmi” sualına cavabında Tramp Zelenskidən “bir az məyus olduğunu” bildirib. Sitat:  “Biz Prezident Putin və Ukrayna liderləri, xüsusən də Prezident Zelenski ilə danışdıq. Və deməliyəm ki, Prezident Zelenskinin hələ təklifi oxumamasından bir az məyus oldum. Bu, bir neçə saat əvvəl idi. Onun xalqı bunu təsdiqlədi, amma o, təsdiqləməyib…  Rusiya bununla razıdır. Düşünürəm ki, Rusiya bütün ölkəni əldə etmək istəyirdi. Amma inanıram ki, Rusiya bununla [sülh planı – red.] artıq razıdır. Amma əmin deyiləm ki, Zelenski bununla razıdır. Onun komandası bunu dəstəkləyir və o, özü isə hələ də bunu oxumayıb”.

Lakin Tramp “Sülh planının” son variantında nələri razılaşdırıb, bundan danışmayıb, hələki sirr saxlayır.

Ən pisi odur ki, Trampın sülhdən danışdığı bir vaxtda Rusiya hər gün yeni hərbi əməliyyatlarla Ukraynanın mülki obyektlərini bombalayır, Tramp isə görür və susur.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!