Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin oğlan toyu olacaq.
Tezadlar.az xəbər verir ki, Mövlanə Fərid adlı bəylə ailə qurur. Cütlüyün toyu şəhər restoranlarından birində keçiriləcək. Mövlanənin ailə qurduğu Fərid bəy Xəzər TV-də işləyir.
Qeyd edək ki, Mövlanə və Fəridin nişanı ötən il olub. Bir neçə gün əvvəl isə onların qız toyu baş tutmuşdu.
Xatırladaq ki, Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin qız toyunda mediaya verdiyi açıqlama zamanı “Fəriddən tələb edirəm və arzulayıram” fikri, eyni zamanda sosial şəbəkə platformalarında yayılan videoları birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər onun səsləndirdiyi fikirləri və sərbəst davranışlarını tənqid edib.
Müzakirələr fonunda Mövlanənin anası, Əməkdar artist Fərqanə Qasımova mövzuya münasibət bildirib. O, mediaya açıqlamasında yaranan müzakirələri ciddi hesab etmədiyini vurğulayıb.
“Cəmiyyətimizdə gözəl xüsusiyyətlərlə yanaşı, təəssüf doğuran məqamlar da var. Ya yıxılanı qaldırırlar, ya da çox qabağa gedəni geri çəkməyə çalışırlar. Buna görə də bu məsələyə reaksiya vermək istəmədim. Mənə elə gəlir ki, gözəl baxmaq və gözəl düşünmək gözəl qəlbdən irəli gəlir. Kimin qəlbi gözəldirsə, hər şeyi də gözəl görəcək. Mən burada hər şeyi gözəl gördüm”.
Xalq artisti Alim Qasımov isə mediaya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə gedən müzakirələri nə izləyir, nə də onlara qulaq asır.