17 Avqust 2023 / 06:51

QRİQORİ MELKONYANTSA QARŞI CİNAYƏT İŞİ AÇILIB

“Qolos” hərəkatının həmsədri (Rusiya Federasiyasında xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Qriqori Melkonyants barəsində cinayət işi başlanıb.

Bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Söhbət “arzuolunmaz təşkilatın işinin təşkilindən” getdiyi aydınlaşdırılır.

“Onun evində və yaxınlarında axtarışlar aparılır”, – mənbə bildirib.

İşin digər təfərrüatları açıqlanmır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!