Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qrenlandiya ABŞ-ın adaya iddialarına cavab olaraq Danimarkanın hərbi mövcudluğunun gücləndirilməsini dəstəkləyir.
Tezadlar.az xəbər verir ki, bu barədə Qrenlandiya Parlamentinin vitse-spikeri Bentiarak Ottosen “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
“Bizdə Fransa, Almaniya, Böyük Britaniya, İsveç, Norveç, Danimarka var və bütün dünya vəziyyətin çox çətin olduğuna görə bizə yaxınlaşır. Yəni, bu məsələdə Qrenlandiyada xoş qarşılanırlar”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qrenlandiya Arktika buzlarının əriməsi və yeni gəmiçilik yollarının açılması fonunda mühüm geosiyasi əhəmiyyətə malikdir. Ottosen həmçinin Danimarkanı adanın təhlükəsizliyinə daha çox diqqət yetirməyə çağırıb.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentindəki çıxışında ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddialarını əsaslandırmağa çalışıb.
“Arktika getdikcə daha vacib bir məsələyə çevrilir və yeri gəlmişkən, prezident Tramp və mən indi onu müdafiə edəcəyəm, sadəcə, sizi bir az qıcıqlandırmaq üçün. O, bir az qorunmağa layiqdir”, – deyə o bildirib.
E.ŞİRİNOV