22 Yanvar 2026 / 08:47

Qrenlandiya Trampa sərt cavab verdi

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları ada ilə Danimarka arasındakı əlaqələri daha da gücləndirdi.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, Qrenlandiyadakı etirazların təşkilatçısı Yan Köhler Amerika liderinin sözlərinə belə cavab verib.

“Tramp nə qədər çox danışırsa, bir o qədər çox qrenlandiyalılar bir-birinə yapışır. Bu, Qrenlandiya ilə Danimarka arasındakı əlaqələri əvvəlkindən daha güclü edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qrenlandiya Danimarkadan müstəqil olsa belə, ada ABŞ-la deyil, Avropa ilə əməkdaşlıq etməyə üstünlük verəcək.

Daha əvvəl Tramp bir daha Qrenlandiyanı almaq niyyətini açıqlamışdı. O, bunu Danimarkanın adanı müdafiə edə bilməməsi ilə izah etmişdi. Amerika lideri söz vermişdi ki, Qrenlandiyaya qarşı güc tətbiq etməyəcək, lakin ada ABŞ-a qoşulmaqdan imtina edərsə, Vaşinqton “bunu xatırlayacaq”.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!