İqtisadiyyat
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin tərəfdarı olan “Sumud” donanmasının 70-dən çox üzvü, o cümlədən Greta Tunberq bazar ertəsi İsraildən deportasiya ediləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, İsrail hakimiyyəti əksəriyyəti Yunanıstana göndəriləcək doqquz isveçli, 28 fransız, 27 yunan və 15 italyanı ölkədən çıxarmağı planlaşdırır.
40-dan çox gəmidən ibarət bu donanma Qəzza blokadasını yarmağa və Zolağa humanitar yardım çatdırmağa cəhd etdikdən sonra İsrail hərbçiləri tərəfindən ələ keçirilib.
E.ŞİRİNOV