26 Avqust 2025 / 19:03

“Quran”ı yandırarkən özünün təşviqat videosunu yayımlayıb

Texas ştatından Respublikaçılar Partiyasından Konqresin namizədi Valentina Qomez “Quran”ı alovla yandırarkən özünün təbliğat videosunu yayımlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Timeline Daily” məlumat yayıb.

Videoda Qomez bildirir ki, Texasda İslama “birdəfəlik son qoyulmalıdır”.

“Timeline Daily”-nin məlumatına görə, Qomez Texasın 31-ci konqres dairəsində ABŞ Nümayəndələr Palatasına namizədliyini irəli sürüb. O, müsəlmanları xristian ölkələrini zorakılıqla təhdid etməkdə günahlandırıb və öz məqsədinə çatmaq üçün tərəfdarlarını ona qalib gəlməyə kömək etməyə çağırıb.

Qomezin videosu sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.

Qeyd edək ki, iyun ayında naməlum şəxs Liondakı yerli məscidin yaxınlığında “Quran”ı yandırmışdı — o, məbəddən müsəlmanların müqəddəs kitabını oğurlamışdı. Məscidlər Şurası yerli hakimiyyət orqanlarından hücumçunun hərəkətlərini kəskin şəkildə pisləməyi xahiş edib.

Bu ilin mart ayında isə naməlum şəxs İsveçin cənub-qərbindəki Uddevalla bələdiyyəsində məscidə “Molotov kokteyli” atıb. Yanğın yayılmadan söndürülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!