Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 12:15

Qurbanlıq heyvan bazarında qiymətlər od tutub yanır – kilosu 21 -22 manatdan… VİDEO

Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar alıcı qıtlığından gileylənir.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə  Xəzər TV-nin hazırladığı süjetdə deyilir.

Ət kəsimi ilə məşğul olan digər bir satıcı isə deyir ki, ötən illə müqayisədə bu il xırdabuynuzlu heyvanların sayı kifayət qədərdir.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraqqurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.

Həmin videosüjeti təqdim edirik:

https://www.youtube.com/watch?v=v-kZLi42pmQ&t=1s

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!