Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

BMT-nin Baş katibi bildirib ki, yeni sistem riskləri azaldacaq və ortaq təhlükəsizliyi gücləndirəcək
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya və ABŞ-ı yeni silahlara nəzarət sistemi yaratmaq üçün dərhal dialoqa başlamağa çağırdı.
Tezadlar.az xəbər verir ki. bu, dünya təşkilatının rəhbərinin Yeni START Müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar verdiyi açıqlamada bildirilib.
“Hər iki dövləti gecikmədən danışıqlar masasına qayıtmağa və yoxlanıla bilən limitləri bərpa edəcək, riskləri azaldacaq və ortaq təhlükəsizliyimizi gücləndirəcək varis çərçivəsi barədə razılığa gəlməyə çağırıram. Dünya indi Rusiya Federasiyası və ABŞ-ın sözlərdən əmələ keçəcəyini gözləyir”, – Quterreş bildirib.
Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin sentyabrında Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə Moskvanın Yeni START-in müddəti bitdikdən sonra daha bir il müqavilədə nəzərdə tutulan kəmiyyət limitlərinə riayət etməyə hazır olduğunu elan edib. Lakin o qeyd edib ki, bu tədbir yalnız Vaşinqtonun da eyni addımı atdığı təqdirdə keçərlidir. 5 oktyabr 2025-ci ildə TASS-ın sualına cavab olaraq ABŞ prezidenti Donald Tramp Putinin təklifini yaxşı fikir adlandırıb. Lakin ABŞ hələ ki, Rusiyanın təkliflərinə cavab olaraq heç bir əməli addım atmayıb.
E.ŞİRİNOV