Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2025 / 13:57

Raket zərbələri Təl-Əvivi iflic edib

İranın İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic vəziyyətinə salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” xəbər yayıb.

Agentliyin qeyd etdiyi kimi, şəhər əhalisi vaxtının çox hissəsini bomba sığınacaqlarında keçirir. Raket zərbələri elektrik enerjisi və yanacaq təchizatında da fasilələrə səbəb olub.

Bundan əlavə, “Fars”-ın məlumatına görə, hazırda xarici diplomatlar, səfirlik əməkdaşları və İsrail vətəndaşları İordaniya ilə sərhəddən quru yolu ilə, həmçinin Aralıq dənizi vasitəsilə Kiprə doğru ölkəni tərk edirlər.

Bundan əvvəl İran İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın binasına hücum edib. İsrail də öz növbəsində İrana qarşı yeni və daha mürəkkəb əməliyyat hazırladığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!