Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb. Tezadlar.az xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub. Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.